"Pulunu futbolun və insanların xeyrinə xərcləyənlər yoxdur"
"Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç futbol üzrə Rusiya çempionatı haqda fikirlərini bölüşüb.
Mediasport.az xəbər verir ki, monteneqrolu mütəxəssis "sport24.ru" saytına açıqlamasında cari mövsüm Premyer Liqada "Krasnodar"ın birinci olacağına ümid etdiyini söyləyib:
"Krasnodar"ın prezidenti Sergey Qalitski ilk kubokuna layiq idi. Futbolu sevir. Stadiona, parka, bazaya, akademiyaya, meydançalara və bütün şəraitə pul xərcləyib. Pulunu futbolun və insanların xeyrinə xərcləyənlər yoxdur. "Krasnodar" çempion olsa, şad olaram. Onların öz hekayələrini yazmaq vaxtıdır. Amma "Zenit" ciddi rəqibdir, ölkədə bu komandanın birinci yerdə olmasına öyrəşiblər".
Bojoviç məşqçi karyerası ərzində Rusiyanın "Dinamo" (Moskva), "Lokomotiv" (Moskva), "Arsenal" (Tula), "Krılya Sovetos" (Samara) kimi klublarda çalışıb.
Xatırladaq ki, "Krasnodar" hazırda ölkə çempionatının turnir cədvəlində 38 xalla liderdir, ikinci sıradakı "Zenit"in 36 xalı var.