“Qarabağ”ın futbolçuları növbəti mövsümün sonunadək "Zirə”də

“Qarabağ”ın futbolçuları növbəti mövsümün sonunadək "Zirə”də

“Qarabağ”ın futbolçuları İsmayıl İbrahimli və Rüstəm Əhmədzadə “Zirə”də oynamağa davam edəcək.

Mediasport.az xəbər verir ki, ötən mövsümdə icarə əsasında “Zirə”də çıxış etmiş futbolçular daha bir il qəsəbə klubunun formasını geyinəcəklər.

Onlar 2024/25 mövsümünün sonuna qədər paytaxt təmsilçisinin uğurları üçün çalışacaq.

Qeyd edək ki, İsmayıl ötən mövsüm 30, Rüstəm 24 (2 qol) çempionat matçına çıxıb.