Braziliyalı forvard yenidən Azərbaycanda oynayacaq

Braziliyalı forvard yenidən Azərbaycanda oynayacaq

Növbəti mövsümə hazırlığı davam etdirən Premyer Liqa təmsilçisi "Araz-Naxçıvan" növbəti transferini rəsmiləşdirib.

Mediasport.az xəbər verir ki, Muxtar Respublika təmsilçisi 27 yaşlı yarımmüdafiəçi Felipe Santosu rənglərinə bağlayıb.

Braziliyalı hazırda təlim-məşq toplanışının 2-ci mərhələsi üçün Türkiyə yollanan komandanın düşərgəsinə Ərzurumda qatılacaq.

Santosun son iş yeri "Hapoel" (Hayfa, İsrail) olub. O, karyerası ərzində "Palmeyras", "Ankaran", "Maribor", "Şamaxı", "Qəbələ" kimi klublarda forma geyinib.

"Araz-Naxçıvan" yay transfer dövründə Tərlan Əhmədli, Urfan Abbasov, Bəxtiyar Həsənalızadə, Ülvi İsgəndərli, Ömər Buludov, Benni, Turan Vəlizadə və Karlos Jatobanı heyətinə qatıb. Klub Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayev, Vüsal Şabanov, Tuqay Əlizadə, Ramin Nəsirli və Miço Küzmanoviçlə isə müqaviləni yeniləyib.