"Səbail" "Portu"nun yetirməsi ilə 1,5 illik müqavilə bağlayıb - RƏSMİ
Premyer Liqa təmsilçisi "Səbail" hücumçu Madi Ketanı transfer etdiyini açıqlayıb.
Mediasport.az xəbər verir ki, o, Bayıl təmsilçisinə Portuqaliyanın Sequnda Liqasında çıxış edən "Mafra"dan keçib.
Qvineya-Bissaudan olan 25 yaşlı forvardla 1,5 illik müqavilə bağlanıb.
Qeyd edək ki, vinger "Portu"nun yetirməsidir və 2017-2020-ci illərdə B komandasında 76 oyuna 8 qol vurub.