Arda Gülər birinci oldu, türklər Ronaldu və Messini qabaqladı

  Arda Gülər birinci oldu, türklər Ronaldu və Messini qabaqladı

Ötən ay məşhur "Transfermarkt" portalında adı ən çox axtarılan futbolçuların sıralaması açıqlanıb.

Mediasport.az xəbər verir ki, zirvədə Türkiyə milli komandasının və "Real"ın futbolçusu Arda Gülər (453681 klik) qərarlaşıb.

"İlk 3-lüy"ü "Qalatasaray"dan Mauro İkardi (441322) və "Yuventus"dan Kənan Yıldız (435338) tamamlayır. "Beşiktaş"ın gənc və istedadlı hücumçusu Semih Kılıçsoy 4-cü (400678), əfsanəvi forvard, qocalmaq bilməyən Kriştiano Ronaldu 5-ci (379215) olub.

Can Yılmaz Uzun ("Nürnberq", 272554), Mişi Batşuayi ("Fənərbağça", 267296), Lionel Messi ("İnter Mayami", 248253), Edin Ceko ("Fənərbağça", 239805) və Nikolo Zaniolo ("Aston Villa", 239316) 6-10-cu pillələri bölüşdürürlər.