Yığma komandanın keçmiş futbolçuları Millət Vəkili seçildilər
Mayın 14-də Türkiyədə keçirilmiş prezident və Millət Vəkili seçkilərində maraqlı nəticələr qeydə alınıb.
mediasport.az xəbər verir ki, prezidentin ikinci turda müəyyənləşəcəyi qardaş ölkədə futbol üzrə Türkiyə yığma komandasının sabiq oyunçuları - Alpay Özalan, Saffet Sancaqlı və Ünal Qaraman Millət Vəkili seçiliblər.
Məlumatı rəsmi seçki qurumu təsdiqləməsə də, Özalanın AK partiyadan, Sancaqlının MHP-dən, Qaramanın isə İYİ partiyadan seçildiyi bildirilir.
AK partiyadan digər namizəd, keçmiş futbol hakimi Kuddusi Müftüoğlu, İYİ partiyadan millinin keçmiş məşhur futbolçusu Gökhan Zan, CHP-dən isə taekvondoçu İrəm Yaman seçkidə qalib gələ bilməyiblər.