Baş məşqçi hakimə hücum edib qolundan yaraladı - FOTO
Türkiyə futbolunda maraqlı hadisə yaşanıb.
mediasport.az xəbər verir ki, Həvəskarlar Liqasında keçirilən "Sürmenespor" -"Değirmenderespor" matçının (2:1) final fiti səslənəndən sonra məğlub komandanın futbolçularına qırmızı vərəqələrin göstərilməsi ilə oyunda gərginlik pik həddə çatıb.
"Değirmenderespor" klubunun rəsmisi Murat Fındıkçı meydançadakı bayrağı dirəkqarışıq yerindən çıxararaq hakim Miraç Yıldırıma hücum edib.
Polislərin müdaxiləsindən sonra ara sakitləşib, lakin hakim qolundan xəsarət alıb. Miraç Yıldırım və köməkçiləri polisə şikayət ediblər.