"Qarabağ"ın futbolçusundan PSJ-nin baş məşqçisinə TƏNQİD - FOTOFAKT

"Qarabağ"ın futbolçusundan PSJ-nin baş məşqçisinə TƏNQİD - FOTOFAKT

2017/2018-ci illər mövsümündə PSJ-nin hazırkı baş məşqçisi Kristof Qaltyenin rəhbərliyi altında "Lill"də forma geyinmiş "Qarabağ"ın yeni transferi Yassin Benzia keçmiş çalışdırıcısını tənqid edib.

mediasport.az xəbər verir ki, instaqram səhifəsində Ramazan ayın ilə əlaqəli paylaşım edən 29 yaşlı yarımmüdafiəçi 57 yaşlı mütəxəssisin işlədiyi klublarda irqçilik etdiyinə və müsəlman futbolçulara qarşı olmasına eyham vurub:

"Doğrudur, yalan tez yayılır. Amma həqiqət gec də olsa, üzə çıxır".

Qaltyenin "Nitsa"da işlədiyi zaman klubun idman direktoruna "komandada çox sayda qaradərili və müsəlman futbolçunun olmamalıdır" deməsini də Fransa mətbuatı yazıb..