Dünya Kubokunun iştirakçılarının oyununda 14 qol vuruldu
Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun iştirakçıları futbol matçında meydana çıxıb.
MediaSport.az xəbər verir ki, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç, FİDE-nin vitse-prezidenti, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov, FİDE rəsmiləri Berik Balqabayev, Viorel Boloqan, Dana Reizneçe-Ozola və digərləri futbol oyununda iştirak edib.
Yoldaşlıq görüşündə FİDE və Azərbaycan Şahmat Federasiyasının birgə kollektivi şahmatçılardan ibarət komandaya qarşı mübarizə aparıb. Hər biri 30 dəqiqə olmaqla iki hissədən ibarət oyunun yekununda şahmatçılar 8:6 hesablı qələbə qazanıb.
Qalib komandaya kubok təqdim olunub.