"Arsenal"ın futbolçusu: "Oyuna hazırıq, Bakıya qələbə dalınca gedəcəyik"
İyunun 17-də futbol üzrə AÇ-2024-ün seçmə qrup mərhələsi çərçivəsində Bakıda yığmamızın qonağı olacaq Estoniya millisinin qapıçısı Karl Yakob Heyn səfərlə bağlı fikirlərini bölüşüb.
mediasport.az xəbər verir ki, müqavilə ilə İngiltərə "Arsenal"ına məxsus 21 yaşlı qolkiper oyuna hazır olduqlarını deyib.
Heyn Azərbaycana qələbə üçün gələcəklərini bildirib: “Yığma komandaların matçları daim əhəmiyyətli, vacib olur. Ölkəni təmsil etmək gözəl hissdir. İşimiz çətin olacaq, lakin bu görüşə hazırıq. Bakıya qələbə dalınca gedəcəyik. Azərbaycan yığmasına qalib gəlməklə yanaşı, Belçikadan da xal və ya xallar almaq istəyirik".
“Dalğa Arena”da keçiriləcək qarşılaşma saat 20:00-da başlanacaq.