Türkiyə 1-ci Liqasında 28-ci tur: Azərbaycanlı futbolçular üz-üzə

Türkiyə 1-ci Liqasında 28-ci tur: Azərbaycanlı futbolçular üz-üzə

Türkiyə 1-ci Liqasında 28-ci turun oyunları davam edir.

Mediasport.az xəbər verir ki, bu tur azərbaycanlı futbolçuların komandalarının dueli baş tutacaq.

Bəxtiyar Həsənalızadənin formasını geyindiyi "Tuzlaspor" Coşqun Diniyevin heyətində çıxış etdiyi "Ümraniyəspor"la qarşılaşacaq.

Millimizin digər üzvü Ramil Şeydayevli "Kocaelispor" "Göztəpə" ilə üz-üzə gələcək.

Xatırladaq ki, turnir cədvəlində "Kocaelispor" 45 xalla 6-cı, "Ümraniyəspor" 33 xalla 11-ci, "Tuzlaspor" 27 xalla 15-ci pillədə qərarlaşıb.

Türkiyə 1-ci Liqası. 28-ci tur

3 aprel

15:00. "Tuzlaspor" - "Ümraniyəspor"

18:00. "Adanaspor" - "Eyüpspor"

21:30. "Altay" - "Bandırmaspor"

21:30. "Kocaelispor" - "Göztəpə"