2 isveçlinin qətlinə görə dayandırılan matç keçirilməyəcək
AVRO-2024-ün seçmə qrup mərhələsində Azərbaycan yığmasının rəqibləri - Belçika və İsveç arasında ötən həftə yarımçıq dayandırılan görüşlə bağlı qərar açıqlanıb.
Mediasport.az xəbər verir ki, UEFA görüşün davam etdirilməsini məqsədəuyğun hesab etməyib.
Qurumun İntizam Komitəsinin qərarına əsasən, oktyabrın 16-da ilk hissəsnin sonlarında Belçikanın paytaxtı Brüsselin mərkəzində baş vermiş atışma nəticəsində iki isveçli azarkeşin qətlə yetirilməsi ilə nəticələnmiş qanlı olaya görə ikinci hissəsi oynanılmamış qarşılaşmanın hesabı 1:1 kimi rəsmiləşdirilib, komandalara 1 xal verilib.