Yığmalarımız Avropa Kubokunun final mərhələsinə vəsiqə qazanıblar

Yığmalarımız Avropa Kubokunun final mərhələsinə vəsiqə qazanıblar

Azərbaycan kişi və qadınlardan ibarət 3x3 basketbol yığmaları Avropa Kubokunun final raundunda iştirak hüququ əldə ediblər.

Mediasport.az xəbər verir ki, komandalarımız buna Kosovonun paytaxtı Priştinada keçirilən təsnifat mərhələsini uğurla başa vuraraq nail olublar.

Hər iki kollektivimiz mübarizə apardığı qrupu qalib başa vurub.

Komandalarımız təsnifatın finalında Kİpr millilərini məğlub ediblər. Kişi kollektivimiz 20:18, qadınlar isə 21:12 hesablı qələbəyə sevinib.

Avropa Kubokunun final mərhələsi avqustun 22-25-də Avstriyanın Qrats şəhərində təşkil ediləcək.