Azərbaycan klubunu türkiyəli məşqçi çalışdıracaq - RƏSMİ

Azərbaycan klubunu türkiyəli məşqçi çalışdıracaq - RƏSMİ

"Abşeron" basketbol klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib

Mediasport.az xəbər verir ki, paytaxt təmsilçisi türkiyəli Erhan Tokerlə 1 illik müqavilə imzalayıb.

O, bu postda həmyerlisi Uğur Özdemiri əvəz edib.

Qeyd edək ki, mütəxəssis Türkiyədə "Qalatasaray"ın aşağı yaş qrupları üzrə komandalarının baş məşqçisi kimi və "Tofaş" komandasında fəaliyyət göstərib.