Atdan yıxılan qapıçı kəllə-beyin travması alıb, həyati təhlükəsi var

Atdan yıxılan qapıçı kəllə-beyin travması alıb, həyati təhlükəsi var

İcarə əsasında "Malyorka"da çıxış edən PSJ-nin qapıçısı Serxio Riko kəllə-beyin travması alıb.

mediasport.az xəbər verir ki, istirahət zamanı atdan yıxılan ispan qolkiperin durumu orta-ağır qiymətləndirilir.

30 yaşlı əlcək sahibi dərhal helikopterlə xəstəxanaya çatdırılsa da, həkimlər onun vəziyyətinin həyati təhlükəli olduğunu bildiriblər.

2019-cu ildə "Fulhem"dən Paris klubuna transfer edilən Riko ötən ildən vətənində forma geyinir.