İçkili halda polis bölməsinə aparılan "Kəpəz"in məşqçisi sərbəst buraxıldı
Azərbaycan Premyer Liqasının 1-ci turunun "Kəpəz" - "Neftçi" oyununda polis bölməsinə aparılan Gəncə klubunun akademiyasının məşqçisi Rövşən Əhmədov sərbəst buraxılıb.
mediasport.az saytına verilən məlumata görə, aşağı yaş qruplarında çalışan mütəxəssis klub rəhbərliyinin müdaxiləsindən sonra azadlığa çıxıb.
İzahatı alınan Əhmədov səhvini başa düşüb və bir daha belə hallara yol verməyəcəyini bəyan edib.
Qeyd edək ki, mütəxəssis qarşılaşmanın gedişində polislərin əmrinə tabe olmayıb. O, arenada qadağan olummuş tribunaya qalxmağacəh edib, ardınca asayiş keşikçiləri ilə mübahisə yaradıb.
İddiaya görə, Əhmədov hadisə vaxtı spirtli içkinin təsiri altında olub. Ona görə DİN əməkdaşları məşqçini polis şöbəsinə aparıblar.