Əmisi oğlunu bıçaqlayan keçmiş milli üzvünə 15 ay həbs verildi - QƏRAR
Moskva "Spartak"ının futbolçusu Kvinsi Promesin məhkəməsi keçirilib.
MediaSport.az xəbər verir ki, Niderland yığmasının keçmiş üzvünə ilyarım iş verilib.
Amsterdam məhkəməsinin qərarına əsasən, 2020-ci ildə "Ayaks"da çıxış etdiyi zaman əmisi oğlunu bıçaqlayan 31 yaşlı Promes 1.5 il həbsdə qalacaq.
Prokurorluq niderlandlı oyunçunun iki il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, Promesin 2020-ci ildə Belçikanın Antverpen şəhərində müsadirə olunmuş külli miqdarda kokain ticarəti ilə əlaqələri də üzə çıxıb. Telefon danışıqlarını dinləyən hüquq mühafizə orqanları futbolçunun dəstə ilə əlbir olduğunu sübuta yetirib. Kvinsi 650 və 720 kiloqramlıq iki hissəli dövriyyədə günahlandırılır. Bu iş üzrə istintaq araşdırmaları davam etdirilir.