Azarkeşlər klub prezidentini döyüblər - 2 futbolçu həbs edilib
Avropa Konfrans Liqasının qrup mərhələsinin ikinci turunun Niderlandda keçirilmiş AZ - "Legiya" (1:0) qarşılaşmasından sonra insident yaşanıb.
Mediasport.az xəbər verir ki, stadionun diktorunun oyundan əvvəl iki klubun azarkeşləri arasında baş verən dava-dalaşa görə qonaqlara arenanı ən sonda tərk etməli olmalarına dair elan verməsi polşalıların xoşuna gəlməyib.
Nəticədə Polşadan gələn azarkeşlərlə polislər arasında xoşagəlməz olay qeydə alınıb. İnsidentə stadionun çölündə "Legiya"nın futbolçuları, klub prezidenti və məşqçilərindən biri qoşulub. Sonuncu ikisi azarkeşlər tərəfindən döyülüblər.
Yekunda qonaqların 2 üzvü - Radovan Pankovla Josue, klub prezidenti Dariuş Mioduski və fiziki hazırlıq üzrə məşqçi Mixal Kvietnevski polis tərəfindən həbs edilib.