Yoxlama matçında kütləvi dava: Futbolçular əlbəyaxa olublar

Yoxlama matçında kütləvi dava: Futbolçular əlbəyaxa olublar

Rusiya klublarının yoldaşlıq oyununda kütləvi dava baş verib.

Mediasport.az xəbər verir ki, hadisə "SKA-Xabarovsk" - “Çelyabinsk” qarşılaşmasında qeydə alınıb.

Xoşagəlməz olay komandaların Türkiyə toplanışında yaşanıb.

İki futbolçu arasında başlanan mübahisə hər iki komanda üzvlərinin kütləvi əlbəyaxa davasına çevrilib.

Klub rəhbərləri, məşqçilər və təhlükəsizlik əməkdaşlarının müdaxiləsindən sonra aranı sakitləşdirmək mümkün olub.

Görüş “Çelyabinsk”in 4:3 hesablı qələbəsilə yekunlaşıb.