Atletimiz Oloxan Musayev BƏƏ turnirində gümüş medal qazanıb

Atletimiz Oloxan Musayev BƏƏ turnirində gümüş medal qazanıb

Paralimpiya milli komandamızın atleti Oloxan Musayev BƏƏ-nin Dubay şəhərində keçirilən reytinq xarakterli “Dubai 2024 World Para Athletics Grand Prix” yarışında uğurla çıxış edib.

Mediasport.az xəbər verir ki, idmançımız nüvə itələmə növündə (F55 kateqoriyasında) 10.92 m nəticə göstərərək gümüş medal qazanıb.

Qeyd edək ki, Musayev Paris-2024 Yay Paralimpiya Oyunlarına vəsiqəni bir neçə ay əvvəl təmin edib.