Azərbaycan millisi İtaliya "Qran-pri"sində mübarizə aparır

Azərbaycan millisi İtaliya "Qran-pri"sində mübarizə aparır

Paraatletika üzrə Azərbaycan millisi İtaliyanın Cesolo şəhərində təşkil olunacaq "Qran-pri"də çıxış edir.

Mediasport.az xəbər verir ki, bu gün startı verilən yarışda yığmanın 5 idmançısı qüvvəsini sınayacaq.

Elvin Astanov, Ömər Bozbaxov, Orxan Qasımov, Məhərrəm Qasımov və Elmir Cəbrayılov baş məşqçi Oleq Panyutinin rəhbərliyi altında fəxri kürsüyə qalxmaq uğrunda yarışacaqlar.

Martın 24-dək davam edəcək Qran-pri 17-25 may tarixlərində Yaponiyanın Kobe şəhərində baş tutacaq dünya çempionatına hazırlıq xarakteri daşıyır.