"Dövlətimizin şahmata qayğısı hər zaman yüksək səviyyədə olub"

"Dövlətimizin şahmata qayğısı hər zaman yüksək səviyyədə olub"

"Bu il Azərbaycan şahmatı üçün uğurlu alındı. Paytaxtda və bölgələrdə turnirlər keçirildi".

Mediasport.az xəbər verir ki, bu sözləri Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Şahmat Federasiyasının ilin yekunları ilə bağlı keçirdiyi tədbirdə deyib.

Nazir bildirib ki, federasiya cari il ərzində aktiv şəkildə yerli və beynəlxalq yarışlar təşkil edib: "Ən böyük yarış isə Şuşada Vüqar Həşimovun xatirəsinə həsr olunan memorial idi”.

F.Qayıbov ölkə şahmatında kifayət qədər uğurlu nəticələrin olduğunu vurğulayıb:

“Ülviyyə Fətəliyevanın şəxsi Avropa çempionatındakı zəfəri isə tam başqa idi. Dövlətimizin şahmata qayğısı hər zaman yüksək səviyyədə olub. İstəyirik ki, Azərbaycan şahmatçıları gələcəkdə olimpiadalardan ölkəmizə medallarla geri dönsünlər".