AVF rəhbərliyi Gəncədə gənc və yeniyetmələrlə görüş keçirib

AVF rəhbərliyi Gəncədə gənc və yeniyetmələrlə görüş keçirib

Azərbaycan Voleybol Federasiyasının (AVF) vitse-prezidenti Bəhruz Quliyev və baş katib Faiq Orucov Gəncə Olimpiya İdman Kompleksində məşq keçən Gəncə Regional Voleybol Klubunun (GRVK) gənc və yeniyetmə voleybolçuları ilə görüşüblər.

Mediasport.az xəbər verir ki, görüşdə regional klubun rəhbəri Pərviz Qədirov, federasiyanın və GRVK-nun digər əməkdaşları da iştirak ediblər.

AVF rəsmiləri burada təşkil olunan məşqləri izləyiblər, GRVK-in vəziyyəti ilə, idmançılara yaradılan şəraitlə tanış olublar.

AVF nümayəndələri ölkədə voleybolun daha da inkişaf etdirilməsi istiqamətində görülən və nəzərdə tutulan işlər haqqında məlumat veriblər.