Azərbaycan millisi Ümumdünya Yay Universiadasına hazırlaşır
Azərbaycanın tələbə oğlanlardan ibarət voleybol millisi Ümumdünya Yay Universiadasında iştirak edəcək.
Federasoyadan mediasport.az saytına verilən məlumata gör, Çinin Çendu şəhərində keçiriləcək XXXI Ümumdünya Yay Universiadasında iştirak edəcək tələbə oğlanlardan ibarət millimiz hazırlıqlara start verib.
Təlim-məşq toplanışına iyunun 1-dən başlayan komandamız hazırlığın ilkin mərhələsini Bakıda keçir.
13 voleybolçunun cəlb olunduğu toplanışa baş məşqçi Fərid Cəlalov rəhbərlik edir. Məşqlər Voleybol Mərkəzində və Su İdmanı Sarayında təşkil olunur.
Hazırlıq planına əsasən millimiz təlim-məşqlərə paytaxtdan sonra bölgələrdə və ölkə xaricində davam edəcək. Həmçinin komandamızın bir neçə yoxlama oyunu keçirməsi nəzərdə tutulur.
Qeyd edək ki, XXXI Ümumdünya Yay Universiadası bu il 28 iyul - 8 avqust tarixlərində baş tutacaq. Voleybolçularımız C qrupunda mübarizə aparacaqlar. Komandamız meydan sahibləri ilə yanaşı, Yaponiya, Ukrayna və Meksika seçmələri ilə üz-üzə gələcək.