Cəlil Cəfərov avrokubokun final görüşünə təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının prezidentinin müşaviri, CEV İdarə heyətinin üzvü Cəlil Cəfərov avrokubokun finalına təyinat alıb.
Mediasport.az xəbər verir ki, həmyerlimiz qadın voleybolçular arasında Çağırış Kubokunun həlledici matçında CEV rəsmisi kimi meydana çıxacaq.
C.Cəfərov Fransanın “Neptunes Nant” və İtaliyanın “İqor Qorqonsola Novara” klublarının qarşılaşmasında CEV-in nümayəndəsi olaraq hakimlərin və supervayzerin işini qiymətləndirəcək.
Görüşün ədalət təmsilçiləri monteneqrolu Yelena Mitroviç və polşalı Voysex Maroşek olacaqlar.
Matç sabah “Salle Sportive Metropolitane Reze" arenasında keçiriləcək.
Qeyd edək ki, finalın ilk oyunu İtaliya təmsilçisinin quru hesablı qələbəsi ilə yekunlaşıb.