AVRO-2024: İspaniya yığma komandasının ilkin heyəti açıqlanıb

AVRO-2024: İspaniya yığma komandasının ilkin heyəti açıqlanıb

Futbol üzrə İspaniya milli komandasının AVRO-2024 üçün genişləndirilmiş heyəti açıqlanıb.

Mediasport.az xəbər verir ki, baş məşqçi Luis de la Fuente ilkin heyətə 29 futbolçunun adını daxil edib.

İyunun 7-dək yekun 26 nəfərlik heyət müəyyənləşdiriləcək.

Pireneylilər iyunun 14-də start götürəcək qitə birinciliyinin B qrupunda Xorvatiya, İtaliya və Albaniya milliləri ilə mübarizə aparacaqlar.

Qapıçılar: Unai Simon (“Atletik”), David Raya (“Arsenal”, İngiltərə), Aleks Remiro (“Real Sosyedad”);

Müdafiəçilər: Dani Karvaxal ("Real" M.,), Xesus Navas ("Sevilya"), Emerik Laport ("Əl-Nəsr", Səudiyyə Ərəbistanı), Robin Le Normand ("Real Sosyedad"), Dani Vivian ("Atletik"), Pau Kubarsi ("Barselona"), Alexandro Qrimaldo ("Bayer", Almaniya), Naço Fernandes ("Real" M.,), Mark Kukurelya ("Çelsi", İngiltərə);

Yarımmüdafiəçilər: Rodri ("Mançester Siti", İngiltərə), Martin Subimendi, Mikel Merino (hər ikisi "Real Sosyedad"), Fabian Ruiz (PSJ, Fransa), Aleks Baena ("Vilyarreal"), Markos Lyorente ("Atletiko"), Pedri ("Barselona"), Aleks Qarsiya ("Jirona"), Fermin Lopes ("Barselona");

Hücumçular: Lamin Yamal ("Barselona"), Niko Uilyams ("Atletik"), Dani Olmo ("Leypsiq", Almaniya), Mikel Oyarzabal ("Real Sosyedad"), Pablo Sarabia ("Vulverhempton", İngiltərə), Xoselu ("Real" M.,), Alvaro Morata ("Atletiko"), Ferran Torres ("Barselona"), Ayoze Peres ("Betis").