AVRO-2024: Sloveniya millisinin ilkin heyəti müəyyənləşib
Futbol üzrə Sloveniya milli komandasının AVRO-2024 üçün ilkin heyəti açıqlanıb.
Mediasport.az xəbər verir ki, baş məşqçi Matias Kek siyahıya 30 oyunçunun adını daxil edib.
UEFA-nın qərarına əsasən, yekun siyahıda 26 futbolçu yer alacaq.
Sloveniya seçməsinin iyunun 14-də start götürəcək və iyulun 15-dək davam edəcək qitə birinciliyinin C qrupunda rəqibləri İngiltərə, Danimarka və Serbiya kollektivləri olacaq.
Qapıçılar: Yan Oblak (“Atletiko”, İspaniya), Vid Belek (APOEL, Kipr), İqor Vekiç ("Vejle", Danimarka), Matevj Vidovşek (“Olimpiya”, Lüblyana);
Müdafiəçilər: Jan Karniçnik (“Çelye”), Mika Blaziç (“Lex”, Polşa), Jaka Bijol (“Udineze”, İtaliya), Erik Janza (“Qurnik", Zabrze, Polşa), Petar Stoyanoviç (“Sampdoriya”, İtaliya), Vanya Drkusiç (“Soçi”, Rusiya), David Brekalo (“Orlando Siti”, ABŞ), Jan Zaletel (“Viborq”, Danimarka), Jure Balkoveç (“Alanyaspor”, Türkiyə);
Yarımmüdafiəçilər: Timi Elşnik (“Olimpiya”, Lüblyana), Sandi Lovriç (“Udineze”, İtaliya), Adam Qnezda-Çerin, Benjamin Verbiç (hər ikisi “Panatinaikos”, Yunanıstan), Yon Qorenç-Stankoviç, Tomi Horvat (hər ikisi “Şturm”, Avstriya), Yasmin Kurtiç (“Sudtirol”, İtaliya), Nino Juqel (“Bude-Qlimt”, Norveç), Miha Zayç (“Fənərbağça”, Türkiyə), Adrian Jelkoviç (“Spartak”, Trnava, Slovakiya);
Hücumçular: Yan Mlakar (“Piza”, İtaliya), Jan Vipotnik (“Bordo”, Fransa), Benjamin Şeşko (“Leypsiq”, Almaniya), Andraz Şporar (“Panatinaikos”, Yunanıstan), Jan Selar (“Luqano”, İsveçrə), Luka Zahoviç (“Poqon”, Polşa), Yosip İliçiç (“Maribor”).