İsveçrəli məşqçi: "Azərbaycan az-çox bizimlə eyni səviyyədədir"

İsveçrəli məşqçi: "Azərbaycan az-çox bizimlə eyni səviyyədədir"

Avro-2024-ün seçmə qrup mərhələsindəki rəqiblərimizdən Estoniyanın baş məşqçisi Tomas Höberli püşkün nəticəsini qiymətləndirib.

MediaSport.az xəbər verir ki, isveçrəli mütəxəssis seçimləri yaxşı dəyərləndirib.

"Ən əsası odur ki, dördüncü qrupdan Yunanıstan və Türkiyə kimi komandalardan qaçdıq. Mənim nəzərimdə bütün digər komandalar mükəmməl rəqiblərdir. Yalnız Azərbaycanın az-çox bizimlə eyni səviyyədə olduğunu düşünürəm".

Yığmamız "F" qrupunda Belçika, Avstriya, İsveç və Estoniya ilə mübarizə aparacaq.