"Qəbələ" rəsmisi rəqib klubun məşçisini vurmaq istədi, "Araz-Naxçıvan"a texniki məğlubiyyət

 "Qəbələ" rəsmisi rəqib klubun məşçisini vurmaq istədi, "Araz-Naxçıvan"a texniki məğlubiyyət

U-17 Liqasında keçirilən “Araz-Naxçıvan” – “Qəbələ” oyununda yaşananlara aydınlıq gəlib.

Mediasport.az xəbər verir ki, AFFA-nın İntizam Komitəsi qalmaqallı matçda qeydə alınan hadisələrə hüquqi qiymət verib.

Xoşagəlməz olaylar qarşılaşmanın 89-cu dəqiqəsində yaşanıb. Naxçıvan təmsilçisinin futbolçusu Həsən Lətifov təcavüzkar davranışa görə qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalandırılıb.

“Qəbələ”nin futbolçuları Hüseyn Xasməmmədli, Rəhman Şirinov və Tunar Mehdiyev hakimi təhqir etdiklərinə görə qırmızı vərəqə ilə cəzalandıqları üçün hərəsi 4 matçlıq diskvalifikasiya olunublar.

Qonaq komandanın rəsmisi Ayxan Cəfərzadə meydana daxil olaraq rəqib məşqçini vurmağa cəhd edib. Buna görə qırmızı vərəqə alan klub nümayəndəsi 2-si şərti olmaqla 4 oyunluq cəzalanıb.

Sınaq müddəti 3 ay təyin edilib.

“Araz-Naxçıvan”ın heyətində protokolda adı olmayan futbolçu meydançaya çıxdığına görə komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.