Azərbaycanın qadın komandası Dubayda gümüş medal qazandı
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) qadın futbolçulardan ibarət “Legal Eagles” komandası Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş vəkil və hüquqşünaslar arasında dünya çempionatı hesab olunan “Mundiavocat 2024” turnirində gümüş medal əldə edib.
Mediasport.az xəbər verir ki, təmsilçimiz yalnız finalda Braziliyanın "Amazon Legis" klubuna məğlub olub.
İlk görüşdə Meksika təmsilçisi "Tixuana”ya 5 cavabsız qol vuran komanda ardınca Qazaxıstanın “Bereke” kollektivini 8:1 hesabı ilə məğlub edib.
“Legal Eagles” qrupda Braziliyanın “Amazon Legis” kollektivinə uduzsa (0:2) da, növbəti mərhələyə vəsiqə qazanıb. Qrupda məğlub etdiyimiz "Tixuana” yarımfinalda təmsilçimizlə qarşılaşmaya çıxmaqdan imtina edib.
beləliklə, komandamız yarışı ikinci pillədə başa vurub, turnirin ən yaxşı qapıçısı Nərmin Nəbiyeva seçilib.
Kişilərdən ibarət “Advokat” komandası isə 21 kollektivin iştirak etdiyi yarışı beşinci yerdə başa vurub.
7 oyun keçirən təmsilçimiz 6 qələbə qazanıb, 1 heç-heçə edib, rəqib qapılarından 51 top keçirərək 13 qol buraxıb.
“Advokat” 1/4 finalda Portuqaliya təmsilçisi "Braqa"ya penaltilər seriyasında yenilib.