Azərbaycan çempionatında ilk günün mükafatçıları müəyyənləşdi
Qılıncoynatma üzrə Azərbaycan çempionatına start verilib.
Mediasport.az xəbər verir ki, Azərbaycan Texniki Universitetinin İdman Sarayında keçirilən yarışın ilk günündə qılıncoynatmanın sablya növü üzrə qaliblər müəyyənləşib.
Ümumilikdə 90 iştirakçı sablya növü üzrə yarışda mübarizə aparıb.
Gənclər və İdman Nazirliyi və Azərbaycan Qılıncoynatma Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən ilk yarış gününün qalib və mükafatçıları diplom və medallarla təltif olunublar.
Ölkə çempionatına bu gün şpaqaçıların şəxsi yarışda çıxışı ilə yekun vurulacaq.
Qılıncoynatmanın sablya növü üzrə Azərbaycan çempionatı
Kişilər şəxsi
1-ci yer. Saleh Məmmədov
2-ci yer. Murad Əkbərov
3-cü yer. Rəsul Əliyev, Abbas Hüseynov
Qadınlar şəxsi
1-ci yer. Səbinə Kərimova
2-ci yer. Palina Kaspiaroviç
3-cü yer. Valentina Zeynalova, Zərifə Hüseynova