Avropa çempionatı: İngiltərə millisinin YEKUN HEYƏTi açıqlandı
Futbol üzrə İngiltərə millisinin bir həftə sonra Almaniyada start götürəcək Avropa çempionatı üçün yekun heyəti müəyyənləşib.
Mediasport.az xəbər verir ki, baş məşqçi Qaret Sautqeyt 26 nəfərdən ibarət heyətdə sürpriz seçimlərlə yadda qalıb.
Harri Maquayr, Cek Qriliş, Markus Rəşford, Ben Çilvell, Ceyms Məddison, Meyson Maunt və Ceydon Sanço kimi futbolçular heyətdən kənar qalıblar.
Xatırladaq ki, İngiltərə yığması C qrupunda Sloveniya, Danimarka və Serbiya milliləri ilə mübarizə aparacaq.
Qapıçılar: Din Henderson (“Kristal Pelas”), Cordan Pikford (“Everton”), Aaron Ramsdeyl (“Arsenal”);
Müdafiəçilər: Lyüis Dank ("Brayton"), Co Qomes ("Liverpul"), Mark Qehi ("Kristal Pelas"), Ezri Konsa ("Aston Villa"), Lyük Şou ("Mançester Yunayted"), Con Stouns ("Mançester Yunayted"), Kiran Trippyer ("Nyukasl") , Kayl Uolker ("Mançester Siti");
Yarımmüdafiəçilər: Trent Aleksandr-Arnold (“Liverpul”), Konor Qallaher (“Çelsi”), Kobbi Maynu (“Mançester Yunayted”), Deklan Rays (“Arsenal”), Adam Uorton (“Kristal Pelas”).
Hücumçular: Cud Bellingem ("Real" M., İspaniya), Carrod Bouen ("Vest Hem"), Ebereçi Eze ("Kristal Pelas"), Fil Foden ("Mançester Siti"), Entoni Qordon ("Nyukasl"), Harri Keyn ("Bavariya", Almaniya), Koul Palmer ("Çelsi"), Bukayo Saka ("Arsenal"), Ayvan Toni ("Brentford"), Olli Uotkins ("Aston Villa").