AVRO-2024: Qazaxıstan əzmkar qələbə ilə şanslarını saxlayıb

AVRO-2024: Qazaxıstan əzmkar qələbə ilə şanslarını saxlayıb

Bu gün AVRO-2024-ün seçmə qrup mərhələsində 8-ci turun sonuncu görüşləri keçirilib.

Mediasport.az xəbər verir ki, üçüncü oyun günündə 3 qrupda 7 matç baş tutub.

C qrupunda İngiltərə millisi evdə İtaliya üzərində qələbə qazanaraq final mərhələsinə vəsiqəni rəsmiləşdirib.

G qrupunda mübarizə aparan Macarıstan isə səfərdə Litva ilə heç-heçə oynamaqla qitə birinciliyinə vəsiqəni təmin edib.

Qeyd edək ki, buna qədər ev sahibi Almaniya ilə yanaşı, Belçika, Fransa, Portuqaliya, İspaniya, Şotlandiya, Türkiyə və Avstriya Avropa çempionatına vəsiqəni rəsmiləşdirmişdilər.


AVRO-2024. Seçmə qrup mərhələsi. 8-ci tur


C qrupu

22:45 İngiltərə – İtaliya 3:1

22:45 Malta – Ukrayna 1:3

Turnir cədvəli: İngiltərə – 16 xal (6 oyun), Ukrayna – 13 xal (7), İtaliya – 10 xal (6), Şimali Makedoniya – 7 xal (6), Malta – 0 xal (7)


G qrupu

22:45 Litva – Macarıstan 2:2

22:45 Serbiya – Monteneqro 3:1

Turnir cədvəli: Macarıstan – 14 xal (6), Serbiya – 13 xal (7), Monteneqro – 8 xal (6), Litva – 6 xal (7), Bolqarıstan – 2 xal (6)


H qrupu

19:00 Finlandiya – Qazaxıstan 1:2

22:45 Şimali İrlandiya – Sloveniya 0:1

22:45 San Marino – Danimarka 1:2

Turnir cədvəli: Sloveniya – 19 xal (8), Danimarka – 19 xal (8), Qazaxıstan – 15 xal (8), Finlandiya – 12 xal (8), Şimali İrlandiya – 6 xal (8), San Marino – 0 xal (8)