Türkiyə və Portuqaliya milliləri AVRO-2024-ə qələbə ilə başladılar

Türkiyə və Portuqaliya milliləri AVRO-2024-ə qələbə ilə başladılar

Almaniyada keçirilən futbol üzrə 17-ci Avropa çempionatı davam edir.

Mediasport.az xəbər verir ki, bu gün qrup mərhələsində ilk tura yekun vurulub.

5-ci oyun günündə iki qarşılaşma baş tutub və F qrupunda yer alan 4 kollektiv meydana çıxıb.

Tarixində ilk dəfə qitə birinciliyinin final mərhələsinə vəsiqə qazanan Gürcüstan yığması Türkiyə millisinə məğlub olub.


Avropa çempionatı. F qrupu. 1-ci tur


20:00 Türkiyə - Gürcüstan 3:1

Qollar: Jorj Mikautadze, 32, Arda Güler, 65, Kərəm Aktürkoğlu, 90+8 - Mert Müldür, 25.

Baş hakim: Fakundo Telyo (Argentina)

Dortmund, "Siqnal İduna Park"


23:00 Portuqaliya - Çexiya 2:1

Qollar: Robin Xranaç, 69, Fransisko Konseysao, 90+2 - Lukaş Provod, 62.

Baş hakim: Marko Quida (İtaliya)

Leypsiq. "Red Bull Arena"