"Qarabağ"ın üzvü AVRO-2024-ə gedəcək yekun heyətdə - SİYAHI

"Qarabağ"ın üzvü AVRO-2024-ə gedəcək yekun heyətdə - SİYAHI

Tarixində ilk dəfə futbol üzrə Avropa çempionatında iştirak edəcək Gürcüstan milli komandasının yekun heyəti müəyyənləşib.

Mediasport.az xəbər verir ki, fransalı baş məşqçi Villi Sanyolun 26 nəfərlik son siyahısında "Qarabağ"ın qapıçısı Luka Quqeşaşvilinin də adı var.

Ümumi heyətdən yalnız 2 nəfər - qapıçı Georgi Loria və yarımmüdafiəçi Giorgi Tsitaişvili daxili birincilikdə çıxış edir.

İyunun 14-də başlanacaq qitə birinciliyində gürcülər F qrupunda Portuqaliya, Türkiyə və Çexiya ilə mübarizə aparacaqlar.

Qapıçılar: Giorgi Mamardaşvili (“Valensiya”, İspaniya), Giorgi Loria (“Dinamo" Tbilisi), Luka Quqeşaşvili (“Qarabağ”, Azərbaycan);

Müdafiəçilər: Solomon Kvirkvelia ("Əl-Oxdud", Səudiyyə Ərəbistanı), Giorgi Qvelesiani ("Persepolis", İran), Quram Kaşia ("Slovan", Slovakiya), Cemal Tabidze ("Panetolikos", Yunanıstan), Laşa Dvali (APOEL, Kipr), Luka Loçoşvili ("Kremoneze", İtaliya), Otar Kakabadze ("Krakoviya", Polşa), Georgi Qoçoleşvili ("Şaxtyor" D., Ukrayna);

Yarımmüdafiəçilər: Nika Kvekveskiri (“Lex”, Polşa), Giorgi Çakvetadze (“Uotford”, İngiltərə), Anzor Mekvabişvili (“Universitatya” Krayova, Rumıniya), Qabriel Siqua (“Bazel”, İsveçrə), Otar Kiteişvili (“Şturm”, Avstriya), Giorgi Koçoraşvili ("Levante", İspaniya), Levan Şengeliya ("Panetolikos", Yunanıstan), Sandro Altunaşvili ("Volfsberger", Avstriya), Saba Lobjanidze ("Atlanta Yunayted", ABŞ), Giorgi Tsitaişvili ("Dinamo", Batumi);

Hücumçular: Jorj Mikautadze ("Mets", Fransa), Budu Zivzivadze ("Karlsrue", Almaniya), Xviça Kvaratsxeliya ("Napoli", İtaliya), Zuriko Davitaşvili ("Bordo", Fransa), Giorgi Kvilitaya (APOEL, Kipr).