Avropa çempionatı: Milli komandamız Litva yığmasına qarşı
Azərbaycanın qadınlardan ibarət həndbol milli komandası bu gün 2024-cü ildə təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxacaq.
Mediasport.az xəbər verir ki, yığmamız Bakı İdman Sarayında Litva millisi ilə qarşılaşacaq.
Görüş saat 17:00-da start götürəcək.
Seçməmiz daha əvvəl Şimali Makedoniya (17:40) və İspaniyaya (18:38) məğlub olub.
5-ci qrupda İspaniya və Şimali Makedoniyanın hərəyə 4 xalı var, Litva və Azərbaycanın hesabında xal yoxdur.
Qeyd edək ki, yığmamız martın 3-də Litvanın qonağı olacaq.