Həndbolçularımız evdə də uduzublar - Avropa çempionatı

Həndbolçularımız evdə də uduzublar - Avropa çempionatı

Qadın həndbolçulardan ibarət Azərbaycan milli komandası AVRO-2024-ün seçmə mərhələsinin növbəti oyununu keçirib.

Mediasport.az xəbər verir ki, yığmamız evdə İspaniya ilə qarşılaşıb.

Bakı İdman Sarayında baş tutan oyun rəqibin 38:18 hesablı qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, Azərbaycan millisi ilk görüşü səfərdə – Şimali Makedoniyaya qarşı keçirib və 17:49 hesabı ilə uduzub.

İspaniya isə Litvanı üstələyib – 47:14.