"Qarabağ" Lüksemburq klubuna qarşı, "Kür" Yunanıstan səfərində

 "Qarabağ" Lüksemburq klubuna qarşı, "Kür" Yunanıstan səfərində

Bu gün qadın həndbolçulardan ibarət "Kür" və "Qarabağ" klubları Avropa Kubokunda ilk görüşlərini keçirəcəklər.

Mediasport.az xəbər verir ki, Mingəçevir təmsilçisi "İonias"la, "Qarabağ" isə "Differdanj"la üz-üzə gələcək.

Azərbaycan klublarının cavab oyunları sabah baş tutacaq.

Avropa Kuboku. 2-ci mərhələ. İlk oyun

5 oktyabr

14:45 "Qarabağ" (Azərbaycan) - "Differdanj" (Lüksemburq)

Hakimlər: Svetoslav Yovçev, Zvezdalin Yonçev (hər ikisi Bolqarıstan).

Bakı, Azərbaycan.

19:00 "Kür" (Azərbaycan) - "İonias" (Yunanıstan)

Hakiimlər: Militsa Paviçeviç, Sladyana Martinoviç (hər ikisi Monteneqro).

Afina, Yunanıstan.