Qitə birinciliyində Azərbaycan millisini onlar təmsil edəcəklər - AÇ-2023

Qitə birinciliyində Azərbaycan millisini onlar təmsil edəcəklər - AÇ-2023

Mayın 17-dən 21-dək Bakıda keçiriləcək bədii gimnastika üzrə 39-cu Avropa çempionatında iştirak edəcək idmançılarımızın adları müəyyənləşib.

mediasport.az xəbər verir ki, 38 ölkənin qatılacağı yarışda ölkəmizi böyüklər arasında fərdi növdə Zöhrə Ağamirova, Alina Gözəlova və İlona Zeynalova təmsil edəcəklər.

Qrup hərəkətləri proqramında böyüklər arasında xalça üzərinə Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokina çıxacaq.

Gənclər arasında isə Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova, Zəhra Cəfərovadan ibarət qrup komandası mübarizəyə qoşulacaq.

Bu, ölkəmizin bədii gimnastika üzrə təşkil edəcəyi 5-ci qitə çempionatı turniri olacaq. Bakı 2007-ci, 2009-cu, 2014-cü və 2019-cu illərdə bu növ üzrə AÇ-yə ev sahibliyi edib.