İki güləşçimiz 1/8 finalda, üçü təsnifatda mübarizəyə başlayır
Albaniyanın paytaxtı Tiranada güləş üzrə 23 yaşadək idmançıların dünya çempionatı davam edir.
Mediasport.az xəbər verir ki, yarışın ikinci günündə yunan-Roma güləşçiləri 5 çəkidə mübarizəyə qoşulacaqlar.
Yığmamızın 5 idmançısının ikisi təsnifat, üçü 1/8 finaldan tatamiyə çıxacaq.
Dünya çempionatının birinci günündə mübarizəyə qoşulan güləşçilərimizdən üçü bürünc medal qazana bilər.
Turnirə oktyabrın 27-də yekun vurulacaq.
U-23 dünya çempionatı. Yunan-Roma güləşi
22 oktyabr
1/8 final mərhələsi
Rəşad Məmmədov (55 kq) - Denis Sullivan (ABŞ) - Dieymer Xose Reyes (Venesuella)
Ziya Babaşov (63 kq) - Mairbek Salimov (Polşa) - Conatan Qurule (ABŞ)
Təsnifat mərhələsi
Xasay Həsənli (77 kq) - Martik Petrosyan (Ermənistan)
Cocu Səmədov (87 kq) - Adam Mateus Qardziola (Polşa)
Sərxan Məmmədov (130 kq) - Pavel Hlinçuk (AİN)