Güləşçilərimiz Antalyada "Çempionlar" turnirinə qatılıblar

Güləşçilərimiz Antalyada "Çempionlar" turnirinə qatılıblar

Türkiyənin Antalya şəhərində gənc güləşçilər arasında "Çempionlar" turnir start götürüb.

Mediasport.az xəbər verir ki, üç gün davam edəcək yarışda ölkəmizi sərbəst və qadın güləşi üzrə U-20 milli komandalarımız təmsil edəcək.

Turnirində beynəlxalq dərəcəli hakim Sevinc Yusibova ədaləti qoruyacaq.


Böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyev və Nazim Əlicanovun rəhbərliyi altında 10 sərbəst güləşçimiz ənənəvi turnirdə çıxış edəcək:

57 kq. Elman Ağayev

61 kq. Ruslan Abdullayev

65 kq. Musa Ağayev

70 kq. Ramik Heybətov

74 kq. Əhməd Əhmədli

79 kq. Emin Qocayev

86 kq. Sadiq Mustafazadə

92 kq. Anar Cəfərli

97 kq. Rəvan Musayev

125 kq. Yusif Dursunov


Böyük məşqçi Rövşən Umudov və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında 6 qadın güləşçimiz yarışda çıxış edəcək:

50 kq. Aysel Məmmədzadə, Elvina Kərimzadə

53 kq. Əsmər Cankurtaran

55 kq. Nərgiz Səmədova

57 kq. Gülər Həbibova

62 kq. Ruzanna Məmmədova

68 kq. Fatimə İsayeva