Milli komandamız Avropa çempionatını 7-ci yerdə başa vurdu

Milli komandamız Avropa çempionatını 7-ci yerdə başa vurdu

18 yaşadək həndbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının B divizonunda 5-7-ci yerlər uğrunda yarışıb.

Mediasport.az xəbər verir ki, komandamız İngiltərə ilə qarşılaşıb.

Qarşılaşma rəqib komandanın 34:23 hesablı qələbəsi ilə yekunlaşıb.

Millimiz B divizionunu 7-ci pillədə başa vurub.

Yığmamız qrup mərhələsində Bolqarıstan, Belçika və Kosovaya uduzub.