Avropa çempionatı: Millimiz Şimali Makedoniya yığmasına qarşı

Avropa çempionatı: Millimiz Şimali Makedoniya yığmasına qarşı

Bu gün qadın həndbolçulardan ibarət Azərbaycan milliisi Avropa çempionatının seçmə mərhələsində 5-ci tur oyununa çıxacaq.

Mediasport.az xəbər verir ki, 5-ci qrupda mübarizə aparan komandamız Şimali Makedoniya seçməsini qəbul edəcək.

Bakı İdman Sarayında keçiriləcək görüş saat 17:00-da start götürəcək.

Qrup sonuncusu olan yığmamız turnir cədvəlində 2 xalla 4-cü, makedoniyalılar 4 xalla 2-ci pillədə qərarlaşıblar.