Avropa Oyunlarında ölkəmizi bu qılıncoynadanlar təmsil edəcəklər
21 iyun-2 iyul tarixlərində Polşann Krakov şəhərində III Avropa Oyunlarında iştirak edəcək Azərbaycan qılıncoynadanları müəyyənləşib.
mediasport.az xəbər verir ki, yarışda milli komandanın 11 üzvü mübarizə aparacaq.
Qadın sablyaçılardan Anna Başta, Valeriya Bolşakova, Səbinə Kərimova və Palina Kaspiaroviç, kişilərdən isə Murad Əkbərov, Saleh Məmmədov, Maqsud Hüseynli və Ayxan Xasıyev yarışda medal qazanmağa çalışacaqlar.
Azərbaycanı şpaqa növündə isə Kənan Əliyev, Barat Quliyev və Ruslan Həsənov təmsil edəcəklər.