Kurban Berdıyev: "İkinci qolu adi, elementar səhvdən buraxdıq"

Kurban Berdıyev: "İkinci qolu adi, elementar səhvdən buraxdıq"

"Hər şeydən əvvəl Denis Marandiçinin zədələnməsi ağırdır. İkincisi də təcrübə çatmadı. Qələbə hesabını qoruya bilmədik. Müdafiədə sadə səhv və nəticədə qol oldu".

Mediasport.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev deyib.

Türkmənistanlı mütəxəssis Azərbaycan Kubokunun 1/8 final mərhələsinin "Sabah"la görüşü haqda düşüncələrini bölüşüb:

"Denis Marandiçinin zədələnməsinin komandaya çox böyük təsiri oldu. Amma uşaqlar sona qədər döyüşdülər. Penaltilər seriyası lotereyadır. Çox üzücü oldu ki, ikinci qolu adi, elementar səhvdən buraxdıq. Rəqib haqda qeyri-adi heç nə deyə bilmərəm".

Xatırladaq ki, matçın əsas və əlavə vaxtları 1:1 hesabları ilə yekunlaşıb, penaltilər seriyasında 1:3 hesabı ilə məğlub olan tovuzlular kubokda mübarizəni dayandırıblar.