Qılıncoynatma yığmamız Polşada 13-cü yeri tutdu - Avropa Oyunları
Azərbaycanın kişilərdən ibarət qılıncoynatma yığması Polşada keçirilən III Avropa Oyunlarında 13-cü yeri tutub.
MediaSport.az xəbər verir ki, gənc və perspektivli idmançılardan ibarət yığmamız sablya növü üzrə bu yer uğrunda görüşdə İrlandiya qılıncoynadanları ilə qarşılaşıb.
Saleh Məmmədov, Murad Əkbərov, Ayxan Xasiyev və Maqsud Hüseynlidən ibarət komanda britaniyalıları asanlıqla məğlub edib - 45:30.