Azərbaycan milli komandası Dünya Kubokunda gümüş medal qazandı

Azərbaycan milli komandası Dünya Kubokunda gümüş medal qazandı

Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət milli komandamız Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən Dünya Kubokunda gümüş medal qazanıb.

mediasport.az xəbər verir ki, komandamız yalnız həlledici qarşılaşmada məğlub olub.

Finala gedən yolda Kanada (45:38), Fransa (45:44) və Macarıstan (45:37) yığmalarına qalib gələn sablyaçılarımız yalnız qızıl medal uğrunda dueldə Bolqarıstan millisinə uduzub - 40:45.