Azərbaycan çempionatları tarixinin bombardirləri açıqlanıb - SİYAHI

Azərbaycan çempionatları tarixinin bombardirləri açıqlanıb - SİYAHI

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Azərbaycan çempionatları tarixinin ən məhsuldar futbolçularının siyahısını dərc edib.

MediaSport.az qurumun rəsmi saytına istinadən məlumatına görə, cədvəldə 1992-ci ildən təşkil edilən ölkə çempionatının 10 bombardiri yer alıb.

Rekordçu Nazim Əliyev 4 komandanın heyətində ümumilikdə 183 qol vurub. Onu 125 qolla Müşfiq Hüseynov təqib edir.

İlk “10-luq”da qərarlaşan futbolçuların hamısı yerlidir və karyeralarını başa vurublar.