UEFA "Qarabağ"ın matçını idarə etmiş hakimi diskvalifikasiya etdi
UEFA Avropa yarışlarında Azərbaycan milli komandası, "Qarabağ" və "Sabah"ın oyunlarını idarə etmiş polşalı FİFA hakimi Bartoş Frankovski ilə həmyerlisi Tomas Musialı cəzalandırıb.
Mediasport.az xəbər verir ki, ədalət təmsilçiləri Qlazqoda UEFA Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turunun “Reyncers” - “Dinamo” (Kiyev) görüşündən əvvəl spirtli içki qəbul edərək yol hərəkət qaydalarını pozublar.
UEFA Şotlandiyada baş tutan qarşılaşmaya VAR hakimləri kimi təyinat alan polşalıları 2025-ci ilədək diskvalifikasiya edib.
Matçda onları başqa hakimlər əvəz ediblər.
Xatırladaq ki, Frankovski ötən il UEFA Millətlər Liqasının Avstriya - Azərbaycan (4:1), 2019-cu ildə İrlandiyada “Dandalk” - “Qarabağ” (1:1), 2022-ci ildə “Qarabağ” - “Marsel” (0:3), 2023-cü ildə Serbiyada “Partizan” - “Sabah” (2:0, p.5:4) oyunlarında baş hakim olub.