Azərbaycan çempionu Çempionlar Liqasına darmadağınla başladı

Azərbaycan çempionu Çempionlar Liqasına darmadağınla başladı

Futzal üzrə UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edən "Araz-Naxçıvan" H qrupunda ilkin mərhələdə mübarizəyə başlayıb.

Mediasport.az xəbər verir ki, Vitali Borisovun baş məşqçisi olduğu komanda Şimali İrlandiya təmsilçisi "Sparta Belfast" ilə qarşılaşıb.

Naxçıvan klubu böyükhesablı qələbəni bayram edib.

Təmsilçimiz sabah "Sillamae Silla" (Estoniya), avqustun 24-də "Uddevalla" (İsveç) ilə üz-üzə gələcək.

Qrup liderləri əsas mərhələyə vəsiqəni təmin edəcəklər.


UEFA Çempionlar Liqası. İlkin mərhələ. H qrupu


18:00 "Araz-Naxçıvan" (Azərbaycan) - "Sparta Belfast" (Şimali İrlandiya) 7:1

Qollar: Covanni Valerio 2'06'', 19'33'', 20'32'', Kənan Manafov 21'01'', Aleksandr Yaniç 26'54'', Amadeu 32'18'', Emil Həsənzadə 39'16'' - Best 34'49''.